İsrail Livanı vuracaq | XƏBƏRDARLIQ

İsrail Livanı vuracaq   | XƏBƏRDARLIQ
  02 Mart 2026    Oxunub:1524
İsrail ordusu Livan sakinlərinə xəbərdarlıq edib: “Hizbullah”a məxsus maliyyə qurumu yaxın vaxtlarda vurulacaq.
Bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Adrai məlumat verib. Bildirib ki, yaxın vaxtlarda Hizbullaha məxsus Al Qard Al Hassan assosiasiyasının infrastrukturu Livan ərazisi üzrə hədəfə alınacaq.

O, mülki əhalini şəxsi təhlükəsizlik məqsədilə həmin obyektlərdən uzaqlaşmağa çağırıb.

Əl-Qard-Əl Həsən assosiasiyası 1983-cü ildə yaradılmış qeyri-kommersiya maliyyə qurumudur və Livan ərazisində 31 filialı fəaliyyət göstərir. İsrail tərəfinin iddiasına görə, bu qurum “Hizbullah”ın fəaliyyətinin maliyyələşdirilməsi, o cümlədən silah alınması, eləcə də təşkilat üzvlərinə maaşların ödənilməsi və paylanması üçün istifadə olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti